Azərbaycanda müavinətlərin növləri artırılır

Dəyişikliklə birdəfəlik müavinətlərin növləri siyahısına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət” daxil edilir.
Bununla da azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 5 il müddətində birdəfəlik müavinət veriləcək.
Qeyd edək ki, hazırda birdəfəlik müavinətlərin aşağıdakı növləri var:
1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;
2. uşağın anadan olmasına görə müavinət:
3. dəfn üçün müavinət.
Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
AzVision.az
Teqlər: