Lənkəranda XI sinif şagirdi döyülüb

Lənkəranda XI sinif şagirdi döyülüb
  21 Noyabr 2022    Oxunub:893
Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu noyabrın 20-də axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumatda bildirilib ki, LO, Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Valideynləri hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər.

Şagirdin vəziyyəti orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Lənkəran Polis Şöbəsinə müraciət daxil olub. Hazırda araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti