Terrorçu Əlbəşirin yeni açıqlaması: "Mənə cəsarət həbi içirdilər"
Mənbicdə 1 ay həbsdə yatdım. Həbsdən çıxandan sonra “Hacı ilə görüşəcəksən” dedilər. Hacı baş idarəçi idi. İlk dəfə gözüm bağlı idi. Mən onu görmədim. Dedilər ki, sən Azad Suriya Ordusuna işləyirsən. Bir neçə həftədən sonra məni yenidən Hacının yanına apardılar. Bu dəfə gözlərim açıq idi. Onun bədəninin görünən hissəsində döymə var idi. Məni qorxutdular ki, sən ASO üçün casusluq edirsən və ailənə zərər dəyəcək”.
Terrorçu qadının sözlərinə görə ,Bilal adlı şəxs ona tapşırıqlar verib.
"Hacı dedi, "Bilal nə istəsə et, yoxsa qardaşın və bacın zərər görəcək". Bilalın istəyi ilə bir neçə dəfə Taksimə getdim. Bilal məndən Taksimdə polisin çox olub olmadığını soruşmuşdu.
Taksi ilə iki dəfə Taksimə gedib qayıtdım. Hacı məndən Taksim heykəlinin qarşısında video çəkməyimi istədi. Bu səbəbdən Taksimdəki heykəlin qarşısında video çəkib Hacıya göndərdim. Sonra ətrafdakı mağazaları çəkdim. Görüntülərdə partlayışın baş verdiyi yerin videosunun olması təsadüfdür. Mən bunu qəsdən etməmişəm”.
Terrorçu Əhlam ifadəsinin davamında ona cəsarət həbləri verildiyini bildirib:
"Bilal narkotik içir. Mən içmirəm. Hadisə baş verən gün Taksimə getdiyimiz gün mənə rahatlaşdırıcı olduğunu dediyi həbi verdi. Taksi çağırıb yola düşdük. Yolda kiminləsə danışdı. "Yaxşı qardaş gəlirik" deyərək əlindəki çantanı mənə uzatdı və "sən gəz, mən gələcəm" dedi. Çantamı götürüb maşından düşdüm. İstiqala doğru getməyə başladım".
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


