Azad edilən ərazilərdə daha 119 mina aşkarlandı

Azad edilən ərazilərdə daha 119 mina aşkarlandı
  21 Noyabr 2022    Oxunub:568
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 119 mina aşkarlayıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, noyabrın 14-dən 19-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 23 mina və 345 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 458 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti