“Təlim məktəbi” layihəsinin tərəfdaşı olan “Karlarа Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov layihənin önəmindən danışaraq vurğulayıb: “Bu layihədə tərəfdaş kimi çıxış etmək qürurvericidir, çünki “Təlim Məktəbi” layihəsi eşitmə məhdudiyyətli gənclərin həyatında köklü dəyişikliyə səbəb olur. Təlimdən keçmiş bütün iştirakçılara uğurlar arzu edirəm”. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov isə sözügedən layihənin gənclərin həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. “Bu təlimdə əldə etdikləri biliklər iştirakçılara manikür peşəsi üzrə sərbəst işləməyə, hətta öz bizneslərini qurmağa da imkan yaradır. Əsas məqsədimiz bu kəsimdən olan gənclərin monetar sərbəstlik qazanmasına dəstək olmaqdır” - deyə o bildirib.
Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. “Nar”ın cəmiyyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi digər layihələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


