Qış Parkında baxımsızlıq: Oturacaqlar çıxarılıb, daş piltələr sındırılıb - FOTOLAR

      Qış Parkında baxımsızlıq:    Oturacaqlar çıxarılıb, daş piltələr sındırılıb -    FOTOLAR
  23 Noyabr 2022    Oxunub:1341
Bakı şəhərindəki Qış parkında baxımsızlıq hökm sürür. Parkın ərazisi boyunca döşənən daş piltələrin çoxu tərpənir, əskəriyyəti isə sınıb. Eyni zamanda park ərazisində iki fontanın ətrafındakı taxta oturacaqlarla da bağlı vəziyyət ürəkaçan deyil. Onların da bir çoxu ya sınıb, ya da yerindən çıxarılıb.
Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Depratmentindən AzVision.az -a verilən məlumata görə, park 2012-ci ildə istifadəyə verilib və hər dəfə parka nəzarət olunur:

"Mütəmadi olaraq bərpa-abadlıq işləri görülür. Oturacaqların sınması yerində araşdırılıb. Onları vətəndaşlar istirahət zamanı sındırıblar. Parkda müəyyən vaxtdan bir təmir-abadlıq işləri görülür. Qısa müddət ərzində həmin parkda çatışmazlıqlar kommunal xidmətlər tərəfindən aradan qaldırılacaq. Park yenidən əvvəlki görkəmində vətəndaşların istirahəti üçün istifadəyə veriləcək", məlumatda qeyd edilib.









Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti