Gürcüstan-Azərbaycan sərhədində yük maşınlarının tıxacı - VİDEO

   Gürcüstan-Azərbaycan sərhədində yük maşınlarının tıxacı -    VİDEO
  24 Noyabr 2022    Oxunub:1232
Gürcüstan- Azərbaycan sərhədində minlərlə yük maşını növbə gözləyir.
AzVision.az “Xəzər.xəbər”ə istinadən xəbər verir ki, artıq günlərdir Azərbaycanla Gürcüstan arasındakı Qırımızı Körpü sərhəd - keçid məntəqəsinin Gürcüstan hissəsində yük maşınları 30-km-dən uzun məsafədə növbə gözləyirlər.

Məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli bölgəsi üzrə polis departamenti Qırmızı Körpü sərhəd- keçid məntəqəsinin fəaliyyəti ilə bağlı heç bir problemin olmadığını bildirib.

Məlumat üçün onu da bildirək ki, bu hal son aylarda Qırmızı körpü sərhəd-keçid məntəqəsində yaranmış ikinci böyük sıxlıqdır. Tıxacın yaranmasına səbəbin Rusiya-Gürcüstan arasındakı Yuxarı Lars sərhəd- keçid məntəqəsi ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar çox sayda sürücünün Qırmızı Körpü sərhəd- keçid məntəqəsinə üz tutmasının olduğu güman edilir.

Daha ətraflı videomaterialda:



AzVision.az



Teqlər:



Xəbər lenti