“Vardan ya Qarabağdan rədd ediləcək, ya da tutulub Bakıya gətiriləcək” – Deputat

“Azərbaycan cəmiyyətinin Ukraynada baş verənlərə neqativ yanaşması daha çox beynəlxalq hüququn kobud şəkildə pozulmasına görə idisə, bəzən hətta hər iki tərəfin bu qarşıdurmaya cəlb edildikləri düşünülürdüsə, Vardanyan kimi dələduzun Qarabağda peyda olması başqa reallığı üzə çıxarır. Hər kəs aydın görür ki, hay əsilli cinayətkar ünsür Armen Sərkisyanla soydaşı, “Taşir Samvel” deyilən tip Ukraynada hansı misisyanı yerinə yetirməyə yönləndiriliblərsə, Vardanyan da bənzər tapşırqla Azərbaycan göndərilib.
Xatırladım ki, Ukrayna kəşfiyyatı onlara qarşı savaşmaq üçün Sarkisyanın özü kimi cinayətkar ünsürlərdən “Vaqner”ə bənzər yeni muzdlu dəstə düzəltdiyini və onu da Rusiyanın hay əsilli milyarderi Samvel Karapetyanın maliyyələşdirdiyi xəbərini yayıb. Hiss olunur ki, Vardanyayna da bənzər missiya tapşırıblar. Sadəcə, o, “ikisi birində” funksiyasını yerinə yetirir, yəni etməyə hazırlaşdığı və başladığı təxribatları özü maliyyələşdirməlidir.
Əlbəttə, dövlətimizin uyğun sturktrları bu reallığı nəzərdən qaçıra bilməzlər. Dələduz Vardanyan qanunsuz silahlı dəstələrlə birgə ya Qarabağdan rədd ediləcək, ya da tutulub Bakıya gətirləcək. Orasını da deyim ki, nə qədər pafoslu danışsa, əsl hay patriotu kimi görünməyə çalışsa da, bu dələduzun özü də Qarabağa göndərilməsindən heç razı görünmür. Onun bütün çıxışlarında bu, açıq-aydın sezilir. Yəni hiss olunur ki, o, bəlkə də son bir ildə intihar edildikləri bildirilən rusiyalı milyarderlərin siyahısında yer almamaq üçün Qarabağa “ezamiyyət”ə razı olub”,- Sahib Alıyev deyib.
Millət vəkili sonda əlavə edib ki, Gədəbəylə İsmayıllıdakı Slavyanka və İvanovka adlı kəndlər, orada rusların yaşamaları həmin kəndlərin Azərbaycanda yerləşdiklərini şübhə altına almadığı kimi, Qarabağdakı yaşayış məntəqələrinin adlarının hayların arzuladığı şəkildə təqdim edilməsi də heç nəyi dəyişmir. Qarabağ Azərbaycandır!
Teqlər: Qarabağ