Taleh Bağırzadə: “Biz İranı seçim etməyə çağırdıq”

Taleh Bağırzadə yeni açıqlamasında bildirib ki, bu iddiaları alt-üst edəcək faktlar var: “Dindar olmaq o demək deyil ki, başqa ölkəyə işləyirsən. Müsəlman Birliyi Hərəkatı olaraq, hər zaman Azərbaycanın müstəqilliyinin və dövlətinin yanında olduğumuzu ortaya qoymuşuq. 44 günlük Vətən savaşı başlayanda bizim bəyanatımız oldu ki, İran İslam Respublikası öz mövqeyini ortaya qoymalıdır. Biz İranı seçim etməyə çağırdıq. Ya haqlı Azərbaycanın, ya da uşaq qatili olan Ermənistanın yanında olduğunu elan etsin. Bizim bu bəyanatımız mətbuatda dərc edilib”.
Bağırzadə xatırladır ki, eyni zaman 2022-ci ilin avqustunda Bötük Britaniyada səfirliyimizə basqın olanda da eyni mövqe sərgiləyib: “O zaman da bəyanat verdik və bildirdik ki, bayrağımız müstəqilliyimizin rəmzidir. Müstəqilliyimiz isə bizim üçün qırmızı xəttdir. Bundan başqa İran bəyanat verəndə ki, Zəngəzur dəhlizi bizim üçün qırmızı xəttdir. O zaman da Müsəlman Birliyi Hərəkatı olaraq, bəyan etdik ki, biz ordumuzun yanındayıq”.
“Azərbaycan dövlətinin yanında olmağın başqa hansı forması var” sual edən Bağırzadə daha sonra “Bu gün də dövlətimizin yanındayıq” deyə bəyan edib.
AzVision.az
Teqlər: