İndiyə qədər ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub. Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24 820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1 050 ədəd boş karton qutu olub.
Bu mallarn İranda fəaliyyət göstərən şirkətin Azərbaycandaa fiziki şəxsin ünvanına göndərdiyi müəyyən edilib. Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib? Faktla bağlı Komitə və Dövlət Təhlükəsizlik Xidməti birgə araşdırma aparır.





AzVision.az