Türkiyəli mütəxəssislər 1187 vətəndaşa yardım göstəriblər

Türkiyəli mütəxəssislər 1187 vətəndaşa yardım göstəriblər
  01 Dekabr 2022    Oxunub:441
Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən fəaliyyətlərini davam etdirirlər.
FHN-in mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, ötən müddət ərzində 1187 vətəndaşa, o cümlədən 180 uşağa 2837 seans psixoloji yardım göstərilib.

Xatırladaq ki, hazırda Bakı, Gəncə, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar nazirliyin 112 - qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

AzVision.az



Teqlər:





Xəbər lenti