Ceyhun Bayramov Borellə regional problemləri müzakirə edib

Ceyhun Bayramov Borellə regional problemləri müzakirə edib
  01 Dekabr 2022    Oxunub:686
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Borel tviter hesabında bildirib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla regional problemləri müzakirə etdim. Aİ-nin Cənubi Qafqazda sülh danışıqlarına və tərəflər arasında etimadın yaradılmasına yardım etmək öhdəliyini vurğuladım. Sülh quruculuğu və regional tərəqqi istiqamətində səyləri davam etdirmək üçün Azərbaycanın əməkdaşlığına ümid edirik”, - ali nümayəndə qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti