Bakı, Sumqayıt və Abşeronda dekabr pensiyaları verildi

Bakı, Sumqayıt və Abşeronda dekabr pensiyaları verildi
  08 Dekabr 2022    Oxunub:677
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.
Bu barədə AzVision.az -a Nazirlikdən məlumat verilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə də pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti