Yaxın günlərdə Kiyevə humanitar yardımın növbəti hissəsi yola salınacaq

"Azərbaycan və Ukrayna arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ümumiyyətlə bu iki dövlət və xalq arasındakı münasibətlərin zəngin tarixi var. Bu gün Ukraynanın böhranlı və çətin günlərində yenə də Azərbaycan dost Ukrayna xalqının yanındadır və dost ukraynalılar üçün biz növbəti humanitar yardımı göndəririk", - "Azərenerji" rəsmisi qeyd edib.
O bildirib ki, baş verən hadisələr nəticəsində Ukraynanın infrastrukturuna çox ciddi zərər dəyib.
"Bu baxımdan Ukrayna ərazisində enerji təminatı baxımından böyük problemlər yaşanır. Məhz ona görə, Azərbaycan dövləti elektrik avadanlıqlarından ibarət növbəti yardımı Ukraynaya yola salır. Azərenerji ASC tərəfindən göndərilən bu yardımda 45 güc transformatoru və 50 generator daxildir. Ümumi dəyəri 1 milyon 422 manat, çəkisi 52 ton olan yardımın ilk hissəsi hazırda yola çıxır. Növbəti hissəsi isə yaxın günlərdə yola salınacaq. Ukrayna xalqına tezliklə sülhün bərqərar olmasını arzulayırıq və bu yardımlar mütəmadi olaraq göndəriləcək",- S.İslamov deyib.
AzVision.az
Teqlər: