Türkiyəli general Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib

   Türkiyəli general Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib
  10 Dekabr 2022    Oxunub:1083
Türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə informasiya Müdafiə Nazirliyinin 2022-ci ilin yekunlarına dair Kollegiya iclası ilə bağlı yayılan rəsmi məlumatında yer alıb.

Bəxtiyar Ersay iclasda çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.

Qeyd edək ki, bu zamana qədər Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri olması ilə bağlı məlumat yayımlanmamışdı.

Bəxtiyar Ersay Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti