AzVision.az -ın obyektivinə tuş gələn fotoda isə gecə səhərə qədər etiraz edib yorulan gənc fəallar çadırda gözlərinin acısını alırlar. Onları digər yoldaşları əvəz edir.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.


Aytən Zəhra
AzVision.az