Rusiya, Ermənistan və Azərbaycan liderlərinin ilin sonunadək görüşü istisna deyil - Peskov

 Rusiya, Ermənistan və Azərbaycan liderlərinin ilin sonunadək görüşü istisna deyil -  Peskov
  14 Dekabr 2022    Oxunub:743
Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü hələ razılaşdırılmayıb. AzVision.az xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hələlik bu məsələ ilə bağlı konkret razılaşma yoxdur. Eyni zamanda, bildiyiniz kimi, MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi görüşü planlaşdırılır. Ən azı orada təmas qura bilərlər.

Xatırladaq ki, oktyabrın 31-də Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderləri - Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyevin iştirakı ilə üçtərəfli sammit keçirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti