Formula 1 biletlərinin qiymətləri açıqlandı

   Formula 1 biletlərinin qiymətləri açıqlandı
  15 Dekabr 2022    Oxunub:589
2023-cü il "Formula 1" Azərbaycan Qran Prisi üçün biletlərin qiyməti açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BȘH) Satış va Kommersiya
departamentinin rahbari Səbri Gülmalıyev məlumat verib. O bildirib ki, bu il daha çox yerli azarkeşin F1 yarış həyəcanını yaşaması və Dənizkənarı Milli Parkda əyləncələrdən zövq alması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığında təklif olunacaq.

"Fürsətdən istifadə edərək, avtoidman həvəskarlarını bu kampaniyadan vaxt itirmadən faydalanmağa dəvət edirik".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti