"Aşağı nəticə göstərən müəllim uşaqlara dərs deməli deyil"
“Əgər biz bu gün həmin müəllimlər barədə qərar verməsək, uşaqlarımızın gələcəyi olmayacaq. Bizim fikrimizcə, aşağı nəticə göstərən müəllim uşaqlara dərs deməli deyil. Başa düşürəm, onlar öz evlərində yaxşı ana, bacıdır. Amma biz uşaqların gələcəyini düşünməliyik. Biz demirik ki, həmin müəllimləri birbaşa ataq qırağa. Amma həmin müəllimlərə diplom verən, işə götürən də məsuliyyət daşıyır. Təkcə müəllimin üzərinə məsuliyyət yükləmək olmaz. Amma biz indi bu ağır qərarları verməsək, sonra çətin olacaq”, - deyə nazir bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


