"Şagird sıxlığı ilə təhsilin keyfiyyəti arasında əlaqə yoxdur" - Emin Əmrullayev

   "Şagird sıxlığı ilə təhsilin keyfiyyəti arasında əlaqə yoxdur" -    Emin Əmrullayev
  15 Dekabr 2022    Oxunub:745
"Şagird sıxlığı ilə təhsilin keyfiyyəti arasında elə də əlaqə yoxdur. Məsələn, Sinqapurun təhsil sistemi ən yaxşısıdır, ancaq orada sinifdə 40-a yaxın şagird təhsil alır".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib. Onun sözlərinə görə, əgər müəllim yaxşıdırsa, sinifdəki tədrisi yaxşı təşkil edə biləcək:
"Bu gün ölkədə cəmi 0,3 faiz sinifdə şagird sıxlığı var. Hansı ki, həmin məktəblər yaxşı nəticə göstərən təhsil ocaqlarıdır. Ən bacarıqlı müəllimlərin işə cəlbi önəmlidir”.

Repititorlar məsələsinə toxunan nazir əlavə edib ki, onlar bizim məktəblərdə dərs deyən təhsil işçilərdir: "Eyni müəllim, eyni şagird heyəti. Sistemdə vahidlik yoxdursa, insanlar haqlı və haqsız istəklərlə çıxış edəcək”, - nazir əlavə edib.

AzVision.az


Teqlər:



Xəbər lenti