15-19 yaş qrupunda abortların sayı iki dəfə artıb

  15-19 yaş qrupunda abortların sayı iki dəfə artıb
  15 Dekabr 2022    Oxunub:810
Ölkədə 2020-ci illə müqayisədə 2021-ci ildə abortların sayı 34719-dan 46877-dək artıb.
AzVision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında deyilir.

Qeyd edilib ki, 30-34 yaş qruplarında abortların sayı çoxluq təşkil edir. 15-19 yaş qrupunda abortların sayı ötən illə müqayisədə təqribən iki dəfəyədək artıb.

Mövcud statistik göstəricilər hamiləliyin süni pozulma səbəblərinin müəyyən edilməsinə imkan vermir. Bu istiqamətdə tədqiqatların aparılmasına ehtiyac vardır.

AzVision.az



Teqlər:



Xəbər lenti