Yeni binalardan mənzillər yalnız nağdsız qaydada alınacaq

   Yeni binalardan mənzillər yalnız nağdsız qaydada alınacaq
  16 Dekabr 2022    Oxunub:628
Daşınmaz əmlakın alqı-satqısı üzrə yalnız nağdsız qaydada həyata keçirilməli olan ödənişlərin əhatə dairəsi genişlənir.
AzVision.az -ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.14-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti