Şəhid Şəhriyar dəfn edildi - FOTOLAR + VİDEO

   Şəhid Şəhriyar dəfn edildi -  FOTOLAR + VİDEO
  06 Mart 2023    Oxunub:2194
İşğaldan azad edilmiş ərazilərimizdə qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Şəhriyar Əlibəyli dəfn edilib.
AzVision.az xəbər verir ki, mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və s. şəxslər iştirak ediblər.

Ş. Əlibəyli İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Ş. Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.

Xatırladaq ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

























AzVision.az


Teqlər:





Xəbər lenti