ABŞ Taylanda “F-35” qırıcılarını satmaqdan imtina edib

ABŞ Taylanda “F-35” qırıcılarını satmaqdan imtina edib
  26 May 2023    Oxunub:649
Amerika Birləşmiş Ştatları təlim və texniki xidmət problemlərinə görə “F-35” qırıcılarını Taylanda satmaqdan imtina edib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir. 2003-cü ildə ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi adlandırılan Tayland köhnə nümunələri əvəz edəcək yeni təyyarələr üçün keçən il büdcədən 408 milyon dollar ayırıb.

Tayland hökuməti səkkizə qədər “Lockheed Martin F-35A” təyyarəsi almaq niyyətində idi. Lakin beşinci nəsil qırıcıların satışı bir sıra şərtlərdən, o cümlədən təlim və texniki xidmətin mövcudluğundan asılı olacaqdı.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti