2-si azyaşlı olmaqla 3 nəfər liftdə qaldı - Video

Bildirilib ki, əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Məlum olub ki, elektrik enerjisinin kəsilməsi səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və 2-si azyaşlı olmaqla 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq sakinləri xilas ediblər.
AzVision.az
Teqlər: