Delimitasiyaya qarşı çıxanlar İrəvan-Sevan yolunu bağlayıblar - FOTOLAR
26 Aprel 2024
Oxunub:1042
Ermənistanın Tavuş vilayətinin sakinləri sərhədlərin delimitasiyası üzrə razılaşmaya etirazla İrəvan-Sevan yolunun Razdan rayonundan keçən hissəsini bağlayıblar.
AzVision.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, etirazçılara parlamentin deputatları Artur Xaçatryan və Arman Kazaryan da qoşulublar.
Aksiya zamanı polis qüvvələri ilə qarşıdurma meydana gəlib. Bir neçə etirazçı saxlanılıb.