Deputatlar üçün sosial şəbəkə yaradılacaq

Deputatlar üçün sosial şəbəkə yaradılacaq
  10 İyul 2014    Oxunub:1091
Tezliklə Rusiyada bütün səviyyələrdən olan deputatlar üçün sosial şəbəkə yaradılacaq.
AzVision.az rus mətbuatına istinadla xəbər verir ki, “Parlament portalı” adlandırılacaq resursun ünvanı portal.parlament.gov.ru olacaq.

Bu layihə Dövlət Dumasında Rusiyada “elektron parlamentin” yaradılması çərçivəsində irəli sürülüb. Deputatların dəvəti ilə sosial şəbəkədə ekspertlər, hüquqşünaslar, politoloq və iqtisadçılar da hesab aça bilərlər. O ki qaldı sadə istifadəçilərə, onlar yalnız məlumatları oxuya və başqa sosial şəbəkələrdə müzakirə edə bilərlər.

Qeyd edək ki, Rusiyada 200 minə yaxın deputat var.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti