Qəzaya düşən təyyarənin qalıqları tapıldı

Qəzaya düşən təyyarənin qalıqları tapıldı
  25 İyul 2014    Oxunub:879
Əlcəzairə məxsus qəzaya uğramış təyyarənin qalıqları tapılıb.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, xəbəri Fransanın Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, təyyarəni Fransa qırıcıları tapıb.

Təyyarədə olan 110 sərnişinin və 6 ekipaj üzvünün hamısının öldüyü təxmin edilir.

Onlardan 50-si Fransa, 24-ü Burkina-Faso, 8-i Livan, 6-sı Əlcəzair, 6-sı İspaniya, 5-i Kanada, 4-ü Almaniya, 2-si Lüksemburq və hərəsindən biri olmaqla Mali, Belçika, Nigeriya, Kamerun, Misir, Ukrayna, İsveçrə və Rumıniya vətəndaşı olub.

3 sərnişinin vətəndaşlığı hələ dəqiqləşməyib.



Teqlər:





Xəbər lenti