"Qarabağ" qələbə qazanıb

"Qarabağ" qələbə qazanıb
  11 Aprel 2025    Oxunub:1519
"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

AzVision.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XXX turda "Səbail"in qonağı olub.
Messi və Yamal: Haradan hara - Bir şəklin tarixçəsi

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1.

Qalibiyyət qollarını 17-ci dəqiqədə Abdullah Zubir, 19, 52 və 64-cü dəqiqələrdə Leandro Andrade vurub.

Meydan sahiblərinin təsəlli qoluna 72-ci dəqiqədə David Qomis imza atıb.

Xallarının sayını 73-ə çatdıran "Qarabağ" liderdir. Paytaxt klubu 20 xalla sonuncu - 10-cu yerdədir.

Qeyd edək ki, tura aprelin 13-də yekun vurulacaq.


Teqlər: Futbol  






Xəbər lenti