Polşada prezident seçkisi keçirilir

Polşada prezident seçkisi keçirilir
  18 May 2025    Oxunub:273
Bildirilir ki, 29 milyon seçicinin səsvermə hüququ var. Ölkədə 32 mindən çox seçki məntəqəsi açılıb. Xaricdə 511 seçki dairəsi fəaliyyət göstərir.
AzVision.az "wPolityce" nəşrinə istinadla xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-də (Bakı vaxtı ilə saat 09:00 - red.) başlayıb və saat 21:00-dək (Bakı vaxtı ilə saat - 23:00) davam edəcək.

Seçkidə 13 namizəd mübarizə aparır. Onlardan Varşava meri və "Vətəndaş platforması"nın namizədi Rafal Tşaskovski və müxalif "Hüquq və ədalət" partiyasının namizədi Karol Navrotskinin şanslarının daha çox olduğu vurğulanır.

Mövcud qanunvericiliyə əsasən, Polşanın hazırkı Prezidenti Andjey Duda bu vəzifəyə ardıcıl iki dəfə seçildiyinə görə, təkrar seçilə bilməz.

AzVision.az



Teqlər:





Xəbər lenti