Rumıniyada ehtiraslar coşa bilər

   Rumıniyada ehtiraslar coşa bilər
  19 May 2025    Oxunub:453
Rumıniyada keçirilən prezident seçkilərində səslərin sayılması başa çatır. Nəticələrə görə, paytaxt Buxarestin liberal meri Nikuşor Dan ikinci turda qalib gəlib.
AzVision.az Rumıniyanın Mərkzəi Seçki Komissiyasının (MSK) məlumatına istinadən xəbər verir ki, 99,32% bülletenlərin hesablanmasından sonra Nikuşor Dan rəqibi “Rumınların Birliyi Alyansı (AUR)” partiyasının lideri Corc Simionu inamla geridə qoyur.

Rəsmi məlumtata əsasən, Dan seçicilərin 53,97%-nin, Simion isə 46,03%-nin etimadını qazanıb.

Corc Simion oxşar nəticə göstərən “exit-poll”ların dərcindən sonra bu rəqəmlərə inanmaqdan imtina edərək, özünün ölkənin yeni prezidenti seçildiyini açıqladı. “HotNews” nəşri xəbər verir ki, onun qələbəsinin oğurlandığını bildirən siyasətçi tərəfdarlarını etiraz aksiyasına çıxmağa çağırıb.

Seçki məntəqələrindəki AUR partiyasının üzvləri mayın 19-da ölkə ərazisində etiraz aksiyasına çağıran mesaj alıblar.

“Əgər saxtakarlıq davam edərsə - etiraz! Sabah səhər - Rumıniya xalqının qələbəsini oğurlamağa cəhd edərlərsə, ümummilli etirazlar!”, - mesajda vurğulanır.

Maraqlıdır ki, bundan əvvəl, “Telegram” messencerinin yaradıcısı Pavel Durov mayın 18-də öz Telegram-kanalında yayımladığı mesajda “ölkələrdən birinin” rəhbərliyinin ondan (mətndə baget şəkli əlavə edilib) messencerdən “Rumıniyada mühafizəkar səsləri susdurmağı” xahiş etdiyini bildirib.

- Biz Rusiyada, Belarusda və ya İranda etirazçıların qarşısını almadıq. Biz bunu Avropada da etməyəcəyik”, - messencerin təsisçisi yazıb.

Lakin Fransanın Xarici İşlər nazirliyi Rumıniyada seçkilərə müdaxilə cəhdi ilə bağlı Durovun sözlərini saxtakarlıq adlandırdıqdan sonra o, məhz Fransa kəfiyyatının belə müraciət ünvünladığını açıqlayıb.

“Bu yaz “Hotel de Crillon”da Fransa kəşfiyyatının rəhbəri Nikolas Lerner məndən seçkilər ərəfəsində Rumıniyada mühafizəkar səslərin qarşısını almağı xahiş etdi. Mən imtina etdim”, - Pavel Durov “X” sosial şəbəkəsində paylaşım edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rumıniya   seçkilər  





Xəbər lenti