Ərdoğan qəzəbləndi: `Mükafatınız başınıza dəysin`

Ərdoğan qəzəbləndi: `Mükafatınız başınıza dəysin`
  01 Avqust 2014    Oxunub:1129
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Amerika Yəhudi Konqresinin 2004-cü ildə ona verdiyi “Cəsarət” mükafatının geri istənilməsinə sərt reaksiya verib.
Vanda seçki kampaniyası çərçivəsində kütlə qarşısında çıxış edən Ərdoğan İsrailin Qəzzada törətdikləri qətliamlara hiddətlənərək “mükafatı başınıza vurun” deyib.

“Bu ara bir şey baş verdi. Amerika Yəhudi Konqresi mənə verdiyi mükafatı geri istəyirmiş. Əgər bu zülmə, bu soyqırıma, bu Hitler faşizminə, uşaqları qətlə yetirən rejimə dəstək verirsizsə, alın mükafatınız başınıza dəysin”, - deyə Ərdoğan bildirib.

Ərdoğan fələstinli körpələrin fəryadlarının inşallah qarşılıqsız qalmayacağını bildirib, o qətillərə göz yuman, dəstək verən zalimlərin də həmin körpələrin gözyaşlarına görə inildəyəcəklərini deyib.


Teqlər:  





Xəbər lenti