Podolyak: “Kiyev İstanbul danışıqlarından narazıdır” - VİDEO

      Podolyak:    “Kiyev İstanbul danışıqlarından narazıdır”    - VİDEO
  20 May 2025    Oxunub:505
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqlar Kiyevi qane etmir.
AzVision.az xəbər verir ki, Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Polşanın “Rzeczpospolita” nəşrinə müsahibəsində Ukraynada real sülh danışıqlarının yalnız atəşkəsdən sonra mümkün olduğunu vurğulayıb.

Moskvada İstanbul danışıqlarına yanaşma necədir?
Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar baş tutub. Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski yekun bəyanatında Moskvanın danışıqlardan “məmnun qaldığını” bildirib.

Tərəflər hərbi məhbusların “1000-ə 1000” formatında dəyişdirilməsi barədə razılığa gəliblər. Ukrayna nümayəndə heyəti dövlət liderləri arasında birbaşa danışıqların aparılmasını istəyib, Rusiya isə “bu tələbi nəzərə alıb”.

“Bloomberg” agentliyi, öz növbəsində, müzakirələrin mahiyyətindən xəbərdar olan mənbələrə istinadən bildirir ki, Rusiya İstanbulda keçirilən danışıqlarda Ukraynaya hərbi əməliyyatların dayandırılması tələblərinin siyahısını təqdim edib. Həmin məlumata əsasən, Moskva Kiyevin razılaşa bilməyəcəyi bəzi şərtlər irəli sürüb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Podolyak   danışıqlar   narazılıq  





Xəbər lenti