"İCMAL" elektron informasiya sistemi yaradılır

   "İCMAL" elektron informasiya sistemi yaradılır
  20 May 2025    Oxunub:413
Azərbaycanda inzibati xətalar üzrə cərimələrə və tənbeh tədbirlərinə nəzarət üçün "İCMAL" elektron informasiya sistemi yaradılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə edilən 45-1-ci məddəyə əsasən, inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra - "İCMAL" informasiya sistemi) yaradılır.

Sənəddə vurğulanıb ki, inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların), o cümlədən elektron protokol və elektron qərarların unikal nömrə verilməklə izlənilməsinin təmin edilməsi üçün həmin sənədlər barədə məlumatlar "İCMAL" informasiya sisteminə ötürülür.

Cərimə növündə inzibati tənbeh tətbiq etməni nəzərdə tutan inzibati xəta haqqında iş üzrə qərarlara, o cümlədən elektron qərarlara "İCMAL" informasiya sistemi vasitəsilə unikal kod verilmədən həmin qərarların icra olunması o cümlədən dəbbə pulunun hesablanması) tələb edilə bilməz.

"İCMAL" informasiya sisteminin saxlanılması, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə cərimələrdən dövlət büdcəsinə daxil olan vəsaitin 5 faizi həmin orqanın xəzinə hesabına köçürülür.

AzVision.az



Teqlər:





Xəbər lenti