Tramp Puitndən nə xahiş edib? - VİDEO

   Tramp Puitndən nə xahiş edib?    - VİDEO
  20 May 2025    Oxunub:369
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən Ukraynadakı münaqişənin həlli ilə bağlı memoranduma “razılaşmaq mümkün olan” məqamları salmağı xahiş edib.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Amerikanın “Axios” portalı belə məlumat yayıb. Portal Rusiya prezidenti ilə telefon danışığından sonra Amerika liderinin Ukrayna rəhbəri Vladimir Zelenskiyə və bir neçə avropalı həmkarına zəng etdiyini xatırladıb.

“Tramp Zelenskiyə və Avropa liderlərinə bildirib ki, o, Putindən dərhal rədd olunacaq təklif irəli sürməkdənsə, “insanların razılaşa biləcəyi bir şey”lə çıxış etməyi xahiş edib”, - portal yazır.

Bloomberg: "Avropa məyusdur, Putin isə vaxt udur"
Xatırladaq ki, mayın 19-da Rusiya və ABŞ prezidentləri arasında iki saatdan çox davam edən telefon danışığı olub. Ağ Ev rəhbəri daha sonra söhbətin “yaxşı” keçdiyini və “bir qədər irəliləyiş əldə olunduğunu” açıqlayıb. Trampın sözlərinə görə, Moskva və Kiyev tezliklə danışıqlara başlayacaq.

Putin də, öz növbəsində, Moskvanın Ukrayna ilə böhranın həlli üçün memorandum üzərində işləməyə hazır olduğunu bildirib. Rusiya lideri vurğulayıb ki, bu sənəd gələcək sülh sazişinin parametrlərini, o cümlədən hərbi əməliyyatların dayandırılması prinsiplərini və müqavilənin imzalanmasının mümkün müddətlərini müəyyənləşdirə bilər.

Lakin Donlad Trampın Vladimir Putinlə telefon danışıəından narazı qalanı Avropa liderləri ABŞ-nin Rusiyaya təzyiq göstərməkdən boyun qaçırmasından hiddətləniblər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Putin   xahiş  





Xəbər lenti