Pakistan və Hindistan önəmli razılaşma əldə ediblər

Pakistan və Hindistan önəmli razılaşma əldə ediblər
  20 May 2025    Oxunub:251
Hindistan və Pakistan hakimiyyət orqanları qoşunlarını əvvəl tutduqları mövqelərə qədər geri çəkmək üçün razılaşıblar.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat verir.

Pakistanın anonim təhlükəsizlik rəsmisi tədbirin hansı tarixə planlaşdırıldığını açıqlamayıb.

Hindistan və Pakistan arasında münaqişə aprelin 22-də Hindistanın nəzarətində olan Kəşmirin Pahalqam bölgəsində mülki şəxslərə hücum edildikdən sonra daha da şiddətlənib. Hindistan hadisəyə görə Pakistan kəşfiyyatını günahlandırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti