“Reuters”: “Avropanın və Kiyevin mövqeyi zəiflədi” - VİDEO

   “Reuters”: “Avropanın və Kiyevin mövqeyi zəiflədi”    - VİDEO
  21 May 2025    Oxunub:505
Rusiya və Amerika liderlərinin son telefon danışığı Ukraynanın və onun avropalı müttəfiqlərinin diplomatik mövqelərinə ciddi zərbə vurub.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin dərc etdiyi məqalədə Kiyevin son aylarda Donald Trampla əlaqə yaratmaq cəhdlərinin nəticəsiz qaldığı bildirilir.

“Trampın ABŞ-nin münaqişədə vasitəçi rolunu məhdudlaşdırmaq niyyəti ilə bağlı bəyanatı narahatlıq yaradıb. Bundan başqa, Vladimir Putinlə söhbəti zamanı Amerika prezidentinin heç bir konkret tələbin adını çəkməməsi Avropa siyasətçilərini təəccübləndirib”, - materialda vurğulanır.

Bloomberg: "Avropa məyusdur, Putin isə vaxt udur"
“Reuters” onu da vurğulayıb ki, bu uğursuzluqdan sonra Ukraynanın müttəfiqləri Volodimir Zelenskiyə dəstək ifadə ediblər, lakin Rusiya və ABŞ liderləri arasındakı söhbətin nəticələri uzun müddət Kiyevin beynəlxalq mövqelərinə təsir göstərəcək.

Xatırladaq ki, mayın 19-da ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi iki saatdan çox telefon söhbətini Rusiya prezidenti Vladimir Putin “mənalı, səmimi və faydalı” adlandırıb. Moskva Kiyevlə sülh müqaviləsinin imzalanmasına dair “memorandum üzərində işə başlamağa” razılıq verib, həmçinin “birbaşa danışıqların bərpasında göstərdiyi dəstəyə” görə Vaşinqtona təşəkkür edib.

Putinlə söhbətdən sonra ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edən Amerika lideri bir qədər sonra Putinlə dialoqu “çox yaxşı”, onun “tonu və ruhunu” isə “əla” adlandırıb.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Avropa   Kiyev   zəiflik  





Xəbər lenti