Komitənin Dəstək Xəttinə 1623 müraciət daxil olub

Komitənin Dəstək Xəttinə 1623 müraciət daxil olub
  21 May 2025    Oxunub:439
Keçən il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Dəstək Xəttinə 1623 müraciət daxil olub.
AzVision.az -ın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Müraiətlərin 304-ü (19%) məişət zorakılığı, 472-si (29%) boşanma prosesindəki problemlər, 267-si (16%) sosial-maddi rifahın aşağı olması, 42-si (3%) səhiyyə hüququnun təmin edilməsi, 495-i (30%) hüquqi yardıma ehtiyac, 43-ü (3%) isə sığınacaqla təmin edilmə ilə bağlı olub.


AzVision.az





Teqlər:





Xəbər lenti