Astana ittihamları rədd edir

   Astana ittihamları rədd edir
  21 May 2025    Oxunub:431
Qazaxıstanın Xarici İşlər nazirinin birinci müavini Akan Rahmetullin Qərb mediasının respublikanın ABŞ və Avropa İttifaqının (Aİ) tətbiq etdiyi sanksiyalardan yayınmaqda Rusiyaya yardım göstərdiyi iddiası ilə bağlı yayılan xəbərləri təkzib edib.
AzVision.az xəbər verir ki, Qazaxıstan parlamentinin aşağı palatasında keçirdiyi brifinqdə Rahmetullin belə bir şeyin olmadığını bildirib.

“Əlbəttə, risklər var, lakin Qazaxıstan sanksiyalar rejiminə riayət edir və tərəfdaşları ilə yaxşı münasibətdədir. Biz nə istehsalçılarımızı, nə də ölkəmizi incitmək istəyirik”, - Qazaxıstan XİN-in rəhbərinin müavini vurğulayıb.

Q, qeyd edib ki, hökumət mümkün riskləri yaxından izləyir və ixraca nəzarət sistemi çərçivəsində fəaliyyət göstərir.

- Sanksiya siyahıları Ticarət nazirliyi və digər qurumlarla birgə hazırlanır. Biz buna çox ciddi nəzarət edirik, hətta çox vaxt öz ziyanımız hesabına belə”, - Rahmetullin deyib.

Pekin Moskvanın tərəfini tutub
Maraqlıdır ki, Qərbin sanksiyalarını açıa-aşkar və ciddi şəkildə pozaraq Rusiya ilə ticatər dövriyyəsini son 2 ildə az qala üşqat artırmış Ermənistanın hərəkətləri Qərb mediasında və Avropa liderlərində adi narahatlıq belə doğurmur.

Bu arada, mayın 20-də Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib. Sanksiya siyahısına 60 dollardan yüksək qiymətə malik olan Rusiya nefti və neft məhsullarını daşıyan 17 fiziki şəxs, 58 şirkət və 189 tanker daxildir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qazaxıstan   sanksiyalar   təkzib  





Xəbər lenti