ABŞ-Rusiya sammiti nə vaxt olacaq? - VİDEO

   ABŞ-Rusiya sammiti nə vaxt olacaq?    - VİDEO
  22 May 2025    Oxunub:346
Rusiya-ABŞ sammitinə hazırlaşarkən tərəflərin səhv etməyə haqqı yoxdur.
AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov “TASS” agentliyinə müsahibəsində iki dövlət liderlərinin görüşü üçün Vatikanın seçilməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən belə deyib.

“Görüş lazımi şəkildə hazırlanmalıdır, tədbirin səhvə yol verməsinə və iflasa uğramasına haqqımız yoxdur. Belə genişmiqyaslı tədbiri hazırlamaq çətindir, ona görə də əvvəlcə məzmun hazır olmalı, sonra məkan seçilməlidir. Sammitin vaxtı barədə danışmaq hələ tezdir”, - Ryabkov bildirib.

“Reuters”: “Avropanın və Kiyevin mövqeyi zəiflədi” - VİDEO
Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son üç ildə ilk birbaşa danışıqlar baş tutub. Danışıqlar zamanı tərəflər atəşkəs planlarının mübadiləsi, əsir götürülmüş hərbçilərin “1000-nin 1000-ə” formatında mübadiləsi barədə razılığa gəlməklə yanaşı, iki dövlətin başçıları arasında mümkün görüşü müzakirə ediblər.

Mayın 19-da isə Vladimir Putinlə Donald Tramp arasında baş tutan telefon danışığından sonra Rusiya prezidenti Moskvanın Kiyevlə memorandum üzərində işləməyə hazır olduğunu bildirib. Putinlə söhbətdən sonra ABŞ preizdenti ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edib.

Daha sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin və Trampın komandaları Rusiya-ABŞ sammitinin məzmunu üzərində işləyəcəklər.

Amerika lideri, öz növbəsində, Ukrayna münaqişəsinin nizamlanması üzrə gələcək danışıqlar üçün Vatikanın platformaya çevrilə biləcəyini vurğulayıb.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   sammit  





Xəbər lenti