Fransada fermer 3,5 milyard avroluq qızıl tapıb - VİDEO

   Fransada fermer 3,5 milyard avroluq qızıl tapıb    - VİDEO
  22 May 2025    Oxunub:395
Fransalı fermer öz torpağında dəyəri 3,5 milyard avrodan çox olan qızıl külçələri aşkar edib, lakin onun bu varidata heç bir hüququ yoxdur
AzVision.az “Mirror” portalına istinadən xəbər verir ki, gözlənilməz kəşfi Fransanın cənubundakı Overn bölgəsindən olan 52 yaşlı fermer Mişel Düpon gəzinti zamanı edib. Çayda parıltı görən fermer yeri qazmağa başlayıb və öz mülkündə təxminən 150 ton qızıl külçəsi olduğunu aşkarlayıb.

Regional hakimiyyət Mişelin tapıntıdan istifadə etməsinin qarşısını almaq üçün cəld işə qarışaraq, onu tapıntıdan pay hüququndan məhrum edib. Fermer özü isə bu kəşfdən sonra həyatının dəyişdiyini bildirib.

“Bu tapıntı insanları şans ümidi ilə yaxınlıqdan torpaq almağa məcbur edir, lakin fermerin artıq öz sahəsində qazıntı aparmağa ixtiyarı yoxdur”, - Mişel Düpon söyləyib.

Onun yaşadığı kəndin sakinlərinin fikirləri bölünüb. Bəziləri qızıl axtaranlatrın onların sakit həyatına müdaxiləsinin əleyhinədir, bəziləri isə bunun yerli iqtisadiyyata kömək edəcəyini düşünür.

Bu arada, ekoloji fəallar ərazidə genişmiqyaslı mədən əməliyyatlarının potensial təsirlərindən narahat olduqlarını bildiriblər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransa   fermer   qızıl  





Xəbər lenti