Tacik narko-kartelinin başçısı Azərbaycanda tutuldu - VİDEO

 Tacik narko-kartelinin başçısı Azərbaycanda tutuldu  - VİDEO
  23 May 2025    Oxunub:577
Rusiyaya bir neçə yüz kiloqramdan artıq heroin gətirməkdə təqsirləndirilən Tacikistan vətəndaşı Taqaymurod Emomov Azərbaycanda saxlanılıb.
AzVision.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına istinad edən “TASS” agentliyinin yazdığına görə, hazırda Emomovun Rusiyaya ekstradisiyası gözlənilir.

“Taqaymurod Emomov xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıq axtarışda olub. Hazırda o, Rusiya Federasiyası ərazisinə ekstradisiyasını gözləyir", - hüquq-mühafizə orqanları açıqlayıb.

İttihama əsasən, Emomov narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində xüsusilə təhlükəli cinayətlərin təşkilində təqsirli bilinir. O, kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroin idxal edib. Bu işdə təqsirli olanların bir çoxu əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş və təşkilatçı qismində Emomovun əleyhinə ifadə vermişlər. Onların bəziləri artıq həbsdən buraxılıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: tacik   narko-kartel   saxlanma  





Xəbər lenti