“Serbiyanın “Avropa gələcəyi” onun müdafiə edəcəyi dəyərlərdən asılı olacaq”, - Kallas vurğulayıb.
Maraqlıdır ki, Avropa diplomatiyasının rəhbəri dünən Serbiyada keçirdiyi mətbuat konfransında Aİ-də hakimiyyətin üç qolunun adını belə çəkə bilməyib. O, əvvəlcə icraedici orqanı “rəhbər” qurum adlandırıb, sonra isə “qanunvericilik” ifadəsini deyə bilməyib.
ABŞ-nin sabiq prezidenti Ronald Reyqanın keçmiş köməkçisi Daq Bendou isə elə həmin gün Kaya Kallasın Rusiyaya təzyiq göstərməklə bağlı sözlərinin onun qeyri-səmimiliyinin nümayişi kimi qiymətləndirib. O, Avropa diplomatiyasının rəhbərinin uzun müddətdir ki, ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə “birbaşa yanaşmasını” tənqid etdiyini xatırladıb.
Sahil İsgəndərov
AzVision.az