Qaşek: “Rusiyada işləməkdən imtina edin” - VİDEO

   Qaşek: “Rusiyada işləməkdən imtina edin”    - VİDEO
  23 May 2025    Oxunub:400
Çexiyanın xokkey üzrə sabiq qapıçısı Dominik Qaşek “X” sosial şəbəkəsindəki səhifəsində Çexiya vətəndaşlarının Rusiyada işləməsindən narahat olduğunu bildirib.
AzVision.az
bildirir ki, məşhur xokkeyçi çexiyalı həmkarı Libor Şulakın Rusiyanın Vladivostok şəhərinin “Admiral” klubu ilə müqavilə imzalamasına belə reaksiya verib.

“Lütfən, bizim seçdiyimiz qanunvericilərimizə vətəndaşlarımızın düşmən ölkədə işləməsinə imkan verməyən qaydalar - qanunlar hazırlamaq üçün maksimum təzyiq göstərin. Qanunvericilərimizin vəzifəsi cəmiyyəti düşmən ölkədə işləyən təhlükəli davranışlardan qorumaqdır!”, - Qaşek yazıb.

Qeyd edək ki, Qasek dəfələrlə rusiyalı idmançıların əleyhinə danışıb. O, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra rus xokkeyçilərinin Çexiya turnirlərində oynamasına qadağa qoymadığına görə ölkənin Milli Xokkey liqasını tənqid edib.

Maraqlıdır ki, vaxtı ilə Qaşek özü karyerasında bir mövsüm Moskvanın “Spartak” komandasında oynayıb.

2025-ci ilin aprelində Qasek Kanadanın əfsanəvi xokkeyçisi Ueyn Qretzkinin babasının yarı belarus və ukraynalı olduğunu və onun Rusiya ilə heç bir əlaqəsinin olmadığını bildirib. Qasek bu bəyanatla Qretskinin "babasının öz nəvəsinin Kanada Milli Xokkey liqasında (MXL) qol rekordunu rusiyalı Aleksandr Oveçkinin ötməsi ilə fəxr edəcəyi" barədə dediyinə cavab verib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qaşek   Rusiya   imtina  





Xəbər lenti