Pravda: “ABŞ-nin dialoqdan çıxması Kiyev üçün faciə olacaq” - VİDEO

   Pravda: “ABŞ-nin dialoqdan çıxması Kiyev üçün faciə olacaq”    - VİDEO
  23 May 2025    Oxunub:511
ABŞ-nin münaqişənin həlli üçün danışıqlar prosesindən çıxması Ukraynaya ən ciddi zərbəni vuracaq.
AzVision.az xəbər verir ki, Dublin Şəhər Universitetinin Beynəlxalq Əlaqələr üzrə eksperti Kennet Makdonaqın Slovakiyanın “Pravda” nəşrində dərc olunan məqaləsində belə deyilr.

Müəllifin sözlərinə görə, Amerika lideri Donald Trampın Moskva ilə münasibətlərə yanaşması Avropa dövlətləri başçılarının mövqeyindən ciddi şəkildə fərqlənir. Ağ Ev rəhbərinin Rusiya rəhbərliyi üçün ancaq “kökəsi” var.

“ABŞ-nin tarifləri Rusiyaya şamil olunmayıb etməyib və ABŞ yeni sanksiyalar tətbiq etməyib. Vaşinqyon, sadəcə olaraq, baş verənlərdə maraqlı deyil. Bu, yaxın gələcəkdə Ukrayna üçün fəlakətə səbəb olacaq”, - ekspert vurğulayıb.

“Bild” nəşrinin mənbələrə istinadən mayın 22-də yazdığına görə, Almaniyanın yeni kansleri Fridrix Merts ABŞ-nin Ukraynadakı vəziyyəti nizamlamaq üçün danışıqlar prosesindən çəkilməsinə mane olmağa çalışır.

Bununla əlaqədar o, Trampa Moskva və Kiyev nümayəndə heyətləri arasında danışıqların yeni raundunu hazırlamaq üçün Avropa ölkələrinin nümayəndələri ilə Vaşinqton arasında “texniki görüş” keçirməyi təklif edib. Jurnalistlərin iddiasına görə, Amerika lideri bu təşəbbüslə razılaşıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   faciə  





Xəbər lenti