Çin ağır pilotsuz yük təyyarəsini sınaqdan keçirib | VİDEO

   Çin ağır pilotsuz yük təyyarəsini sınaqdan keçirib |    VİDEO
  23 May 2025    Oxunub:449
Çin "CH-YH1000" modelli yeni pilotsuz nəqliyyat təyyarəsini uğurla sınaqdan keçirib.
Ölkənin "Global Times" qəzetinin yaydığı xəbərə görə, sınaq uçuşu dünən Çinin şimal-qərbindəki aerodromda baş tutub. Pilotsuz təyyarənin tərtibatçıları qəzetə açıqlamada diqqətə çatdırıblar ki, sınaq əsnasında yüksək keyfiyyətli uçuş məlumatları alınıb.

"CH-YH1000" pilotsuz yük təyyarəsinin yükgötürmə həcmi 1,2 tondur. Maksimal uçuş məsafəsi 1,5 min km, havada qalma müddəti isə 10 saatdır. Təyyarə klassik dizayn üzrə iki mühərriklə hazırlanıb, eyni zamanda, səs-küyə qarşı davamlılıq və etibarlılıq imkanı verən müasir avionikaya malikdir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   pilotsuz   yük-təyyarəsi  





Xəbər lenti