Pekin: "ABŞ təhsili siyasətə qurban verir"

      Pekin:    "ABŞ təhsili siyasətə qurban verir"
  23 May 2025    Oxunub:469
"ABŞ hökumətinin Harvard Universitetinə xarici tələbə qəbulunu yasaqlaması təhsilin siyasiləşdirilməsidir. Bu təhsil ocağında əksəriyyəti Çindən gələn xarici tələbələrin təhsil hüququnu ləğvini pisləyirik".
Bu sözləri Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin jurnalistlərə verdiyi brifinqdə dilə gətirib. O vurğulayıb ki, rəsmi Pekin təhsil sahəsində əməkdaşlığın siyasiləşdirilməsinin əleyhinədir.

"Vaşinqtonun bu addımı yalnız onun imicinə və beynəlxalq statusuna xələl gətirəcək", - xanım katib söyləyib.
Harvard Universitetinə xarici tələbə qəbulu dayandırılıb

Xatırladaq ki, ABŞ-nin Daxili Təhlükəsizlik Departamenti ölkənin Kembric şəhərində yerləşən Harvard Universitetinə xarici ölkələrdən tələbə qəbulunu, habelə hazırkı beynəlxalq tələbələri saxlama imkanını dayandırıb. Bu addıma səbəb kimi "universitetin rəhbərliyinin zorakılıq, antisemitizm və Çin Kommunist Partiyası təbliğatı aparması" göstərilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Çin   ABŞ   universitet   qərar   reaksiya  





Xəbər lenti