Amerika xokkeyçiləri 65 ildən sonra qalib oldular

 Amerika xokkeyçiləri 65 ildən sonra qalib oldular
  26 May 2025    Oxunub:1015
Xokkey üzrə İsveç və Danimarkada keçirilən növbəti dünya çempionatı başa çatıb.
AzVision.az xəbər verir ki, İsveçin paytaxtı Stokholmda baş tutan final oyununda İsveçrə və ABŞ komandaları görüşüblər. Cəmi 1:0 hesabı ilə qalib gələn amerikalı xokkeyçilər 65 ildən sonra ilk dəfə dünya çempionu olublar. Buna qəfər ABŞ komandası sonuncu dəfə 1960-cı ildə Dünya Kubokunu qazanıb.

Yeganə qolu əlavə vaxtın 3-cü dəqiqəsində Teyc Tompson vurub.

Yarımfinalda amerikalılar İsveç komandasını 6:2, isveçrəlilər isə Danimarkanı 7:0 hesabı ilə məğlub emişdilər. Üçüncü yer uğrundə keçirilən matçda İsveç Danimarkaya 6:2 hesabı ilə qalib gəlib.

Bütün xokkey turnirlərinin favoriti olan Kanada komandası danimarkalılara məğlub olaraq 1/4 final mərhələsində mübarizəni dayandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   xokkey  





Xəbər lenti