Aİ Moskva ilə əlaqələri bərpa etmək istəyir - VİDEO

   Aİ Moskva ilə əlaqələri bərpa etmək istəyir    - VİDEO
  26 May 2025    Oxunub:725
Sloveniya prezidenti Nataşa Pirts-Musar Avropa İttifaqının (Aİ) Rusiya ilə əlaqələri bərpa etmək üzərində işlədiyini bildirib.
AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Sloveniyanın prezidenti xanım Pirts-Musar Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin onu bu plan barədə söylədiyini deyib.

“AK rəhbərinin özü Avropa İttifaqının (Aİ) artıq bu istiqamətdə addımlar atdığını bildirib”, - qəzet yazır.

Aprelin sonunda Rusiya Xarici İşlər nazirliyinin Avropa Problemləri departamentinin direktoru Vladislav Maslennikov bəyan edib ki, Aİ Moskva ilə danışmaq arzusunda deyil və buna görə də Rusiya hazırda dialoqda israrlı olmağa ehtiyac görmür. Onun sözlərinə görə, Brüsselin dialoq qurmaq niyyəti yoxdur.

Rusiyalı diplomatın fikrini AK-nin nümayəndəsi Anita Hipper də təsdiqləyərək, hazırda Aİ ilə Moskva arasında heç bir təmas gözlənilmədiyini vurğulayıb.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, öz növbəsində, avropalı siyasətçilərin Rusiyaya qarşı səsləndirdikləri “döyüşkən şüarların” onların ölkələrinin xalqlarının mövqeyinə uyğun gəlmədiyini iddia edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti