Çinin hərbi gücü Qərbi təşvişə salır - VİDEO

   Çinin hərbi gücü Qərbi təşvişə salır    - VİDEO
  26 May 2025    Oxunub:703
Qısa müddətdə hərbi əməliyyatlara başlamağa hazır olmaq üçün Çin hərbi qüdrətini o qədər inkişaf etdirib ki, bu Tayvana təhlükəni artırıb.
AzVision.az xəbər verir ki, yüksək vəzifəli tayvanlı məmura istinadə edən “Financial Times” qəzetinin yazdığına görə, Çinin hərbi hava qüvvələri (HHQ) və raket bölmələri “istənilən vaxt sülh dövründən müharibə dövrü əməliyyatlarına keçə” biləcək qədər təkmilləşib.

“İndi Tayvanın işğalına yollanmaq üçün limanlar yaxınlığında Çinin hərbi əməliyyatlarına amfibiya qüvvələrinin davamlı təlimi, hava qüvvələrinin hazırlığının müntəzəm yoxlanılması və adada istənilən nöqtəni vura bilən raket sistemlərinin sınaqdan keçirilməsi daxildir”, - nəşrin digər hərbi-siyasi mənbələri bildiriblər.

Çindən Tayvana "ciddi xəbərdarlıq"
Xatırladaq ki, Tayvanın Müdafiə nazirliyi mart ayında Çinin adanı işğal etməsinin 2027-ci ildə baş verə biləcəyini iddia edib. Nazirlik illik hərbi təlimlər çərçivəsində mümkün hərbi əməliyyatların başlama tarixini açıqlayıb.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rütte də Çin ordusunun qüdrətinin artması ilə bağlı narahatlığını bildirib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin   Tayvan   Qərb  





Xəbər lenti